“Kopenhagen” "Qarabağ"a 6-0 hesabı ilə qalib gəldiyi oyunun videosunu yaydı VİDEO

“Qarabağ” avqustun 23-də Çempionlar Liqasının pley-off mərhələsində səfərdə “Kopenhagen”lə qarşılaşacaq. Klub öz saytında 1998-ci ildə “Qarabağ”la keçirdiyi matçı xatırladıb və azarkeşlərindən dəstək istəyib.

O vaxt UEFA Kuboklar Kuboku turniri adlanan yarışın birinci mərhələsində “Qarabağ” “Kopenhagen”ə Bakıda 0:4, səfərdə 0:6 hesabı ilə uduzmuşdu?

“Bu dəfə “Qarabağ”a qalib gəlmək asan olmayacaq. Bunun üçün sizin dəstəyiniz lazımdır”, - deyə saytdakı yazıda bildirilib.

Qeyd edək ki, bu komandaların ötən həftə Bakıda keçirilən qarşılaşmasında isə “Qarabağ” 1:0 hesabı ilə qalib gəlib. qafqazinfo

Qarabağ

DİGƏR XƏBƏRLƏR

Top