Kreml seçici fəallığını tanışlıq saytı ilə artırmaq istəyir

Rusiya Prezident Administrasiyası “Mamba” tanışlıq saytının köməkliyi ilə qubernator seçkilərində seçici fəallığını artırmaq qərarına gəlib. “Yeniavaz.com”un “Dojd” telekanalına istinadən verdiyi məlumata görə, “Mamba” servisi bu məqsədlə iOS və Android üçün “Birlikdə seçkilərə” əlavəsini buraxıb. Əlavə istifadəçiyə özünə oğlan və ya qız tapmağı, senyabrın 10-da qubernator seçkilərində görüşməyi və birlikdə səs verməyi təklif edir. Bu ideya Kremlin daxili siyasi bloku ilə işləyən texnoloqlara məxsusdur. Prezident Administrasiyası onu bir neçə regionda keçiriləcək seçkilərdə istifadə etmək qərarına gəlib. “Mamba”nın baş direktoru Andrey Bronetski bildirib ki, ona bu əlavəni buraxmağı tövsiyyə ediblər. Qeyd edək ki, “Mamba” QSC-nin 31 faizi Kipr ofşoru vasitəsilə özbək əsilli rusiyalı milyarder Alişar Usmanovun “Mail.ru” saytına məxsusdur. “Finam” qrupu şirkətin əsas səhmdarıdır.

DİGƏR XƏBƏRLƏR

Top