Turistlərin ən az getdiyi ölkələr

Ümumdünya Turizm Təşkilatı səyahətçilər arasında ən az populyar olan ölkələrin reytinqini tərtib edib. “Yeniavaz.com”un “Life.ru” saytına istinadən verdiyi məlumata görə, siyahıda birinci yeri Sakit okean dövləti Tuvalu tutur. Polineziya adalar qrupunda yerləşən Tuvaluya ötən il cəmi 1000 əcnəbi gəlib. Antireytinqin ikinci pilləsində Sakit okeanda yerləşən Kiribati Respublikası qərarlaşıb. 2016-cı ildə bu ölkəyə təqribən 4000 əcnəbi qonaq gedib. Mərkəzi Afrika ölkəsi olan San-Tome və Prinsipi ilk üçlüyü tamamlayır. Bu Afrika ölkəsi ötən il 8000 turist qəbul edib. Siyahıda sonrakı yerləri müvafiq olaraq Böyük Britaniyanın dəniz əraziləri olan Monserrat (9000), Afrikanın Komor adaları (24000), Cibuti (Afrika), San-Marino (Avropa), Şərqi Timor (Asiya), Lixtenşteyn (Avropa) və Syerra-Leone (Afrika) tuturlar.

DİGƏR XƏBƏRLƏR

Top