Yaponlar elektrik enerjisi almağın yeni üsulunu tapdılar

Yaponiyada dünyada ilk dəfə olaraq sualtı cərəyanların hesabına elektrik hasilatı üçün qurğu sınaqdan keçirilib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, energetik qurğu 20-50 metr dərinlikdə yerləşdirilmiş üç silindirdən ibarətdir. Hər bir silindirin uzunluğu 20 metrdir. Onların ikisinin içərisində hər birinin diametri 11 metrə çatan pərləri olan generatorlar var. Üçüncü silindir sistemin dayanıqlı vəziyyətini təmin etmək üçün nəzərdə tutulub. Qurğunun ümumi gücü 100 kilovatdır. Hərçənd eksperimentlər zamanı onun maksimim göstəricisi 30 kilovatı ötməyib. Cihaz Kurosio cərəyanının yolu üzərində yerləşdirilib. Obyekti 2020-ci ildə tam istismara vermək planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top