Spirtli içki satışının qismən qadağan olduğu ölkələr

Dünyanın bir çox ölkəsində spirtli içki qəbulunu azaltmaq üçün müxtəlif qanuni yollara əl atılır. Bu cür tədbirlərdən biri də günün müxtəlif saatlarında spirtli içki satışının və ya küçədə içilməsinin qadağan edilməsidir “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən, spirtli içkilərin zərərini minimuma endirmək üçün bu qaydaları tətbiq edən ölkələri təqdim edir.

1. Türkiyədə spirtli içkilərin satışı saat 22:00-dan saat 06:00-dək aparılmayacaq.

2. İngiltərə: İrlandiyada olduğu kimi küçədə spirtli içkinin içilməsi qadağandır. Bundan başqa dövlətə məxsus telekanallarda içki reklam olunmur.

3. Finlandiya: saat 18:00-dan saat 09:00-dək satılmır. Cümə günləri saat 20:00-dək spirtli içkinin satışına icazə var. Bazar günləri isə satışı qadağandır.

4. Norveç: Bazar ertəsi-çərşənbə günləri saat 10:00-17:00 arası, cümə axşamı-cümə günləri saat 10:00-18:00 arası, şənbə günləri isə saat 10:00-15:00 arası satılır. Bazar günləri isə satışı qadağandır.

5. Rusiya: saat 23:00-08:00 arası spirtli içki satışına icazə verilmir

6. İsrail: Bar və restoranlar xaric saat 23:00-dan saat 06:00-dək satılmır.

7. İsveç: saat 19:00-10:00 arası satışı qadağandır. Şənbə günləri saat 15:00-dək satılır. Bazar günləri spitli içkinin satışına icazə verilmir.

8. İsveçrə: gecə saat 22:00-06:00 arası market və bufetlərdə satılmır.

9. Almaniya: küçədə spirtli içki içənlərə cərimələnir, bəzi bölgələrdə gecə saatlarında satışı qadağandır.

10. Fransa: ölkənin bir çox şəhərində saat 21:00-05:00 arası küçədə içilməsi qadağan edilib.

11. Kanada: Ontario ştatında saat 09:00-22:00 arası satılır. Bazar günləri isə saat 11:00-18:00 arası satışına icazə var. Bu ölkədə spirtli içki (pivə xaric) satışı dövlətin inhisarçılığındadır. Satış saatları qanunla deyil, dövlətin sahib olduğu dükanların açıq olduğu saatlarla məhduddur.

12. ABŞ: Nyu-York ştatında pivə 24 saat satılır. Spirt tərkibi yüksək olan içkilər bazar ertəsi-şənbə günləri saat 09:00-24:00 arası satılır. Bazar günləri isə satış saatları 09:00-21:00-dır. Bu ölkədə spirtli içki satışı ilə bağlı qaydalar ştatdan ştata dəyişir.

DİGƏR XƏBƏRLƏR

Top