Son 7 ayda Gürcüstana 320 milyon dollarlıq məhsul satmışıq

Bu ilin yanvar-iyul ayları ərzındə Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 106,1 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixrac edilən malların dəyəri 2 dəfədən çox artıb. Belə ki, ötən ilin ilk 7 ayı ərzində Gürcüstandan Azərbaycana 57,8 milyon dollar dəyərində məhsul ixrac edilib. "Yeniavaz.com" Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, Azərbaycan Gürcüstanın ən çox məhsul ixrac etdiyi 5-cı ölkə olub. Cari ilin ilk 7 ayında Gürcüstanın ümumi ixracının 7,3%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan əvvəlki yerlərdə Rusiya (ilk 7 ərzində 214,8 milyon dollar), Türkiyə (138,2 milyon dollar), Çin (129,4 milyon dollar) və Ermənistan (107,4 milyon dollar) gəlir.

Azərbaycan Gürcüstanın ən çox məhsul idxal etdiyi 4-cü ölkədir

İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti bu ilin ilk 7 ayında Azərbaycandan 319,8 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 28,5% və 71 milyon dollar artıb. Azərbaycan Türkiyə, Rusiya və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son 7 ay ərzində Türkiyədən 720,4 milyon dollar, Rusiyadan isə 390,9 milyon dollar, Çindən isə 352,1 milyon dollar dəyərində məhsul idxal edib. Azərbaycandan sonra Gürcüstanın ən çox məhsul aldığı ölkələrin sıralamasında növbəti yerlərdə Almaniya (244,5 milyon dollar), Ukrayna (223,9 milyon dollar), Ermənistan (156,4 milyon dollar) və ABŞ (155,5 milyon dollar) gəlir.

DİGƏR XƏBƏRLƏR

Top