Çörəyin içindən görün nə çıxıb FOTOLAR

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən marketlərin birində “Saray çörəyi” adlanan çörəyin içindən karton çıxıb.

Bu barədə “Yeniavaz.com”a həmin marketdən çörək alan sakin bildirib. Aldığı çörəkdən karton çıxan sakinin sözlərinə görə, “Saray çörəyi”i adlandırılan bu çörək əsasən Saray və Ceyranbatan qəsəbələrində, həmçinin Sumqayıt şəhəri ərazisində satılır. Çörək və başqa qida məhsulları alarkən belə hallarla rastlaşan istehlakçıların nə etməli olduğuna və hansı hüquqları sahib olduğuna aydınlıq gətirmək məqsədilə suallarımızı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ünvanladıq.

Azad İstehlakçılar Birliyinin sədri bildirdi ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda cavabdeh, satıcı göstərilir:

“Ona görə mən həmişə deyirəm, məgər yumurta xarab olanda gedib toyuğu axtrıb tapırlar? Qanun istehlakçıya mal satan satıcısının (mağaza nəzərdə tutulur) cavabdehliyini göstərir. Satıcılar sertifikatı olmayan malı satışa qəbul etməməlidirlər. İstehlakçının malı qaytarmaq və dəymiş zərəri almaq hüququ var. Həmçinin istehlakçı KİV-ə və dövlət orqanlarına məlumat vermə hüququna da malikdi. Çörək bişirmə seqmenti bazarın ən liberal seqmentidir. Kim necə, harda istəsə çörək bişirib sata bilir. Buna heç bir maneçilik yoxdur. Bu hal həm də dövlətin qanunlarının və istehlakçıların hüquqlarının pozulması ilə müşahidə olunur. Ona görə də biz, ölkə başçısının 10 fevral 2017-ci ildə imzaladığı qida təhlükəsizliyi ilə bağlı agentliyin yaradılmasını ümidlə gözləyirik. Ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur, ona görə də belə anormal hallar baş verir”.

DİGƏR XƏBƏRLƏR

Top