FHN Ağstafada baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Ağstafada baş vermiş yanğınla bağlı məlumat yayıb. "Yeniavaz.com" FHN-in saytına istinadən verdiyi xəbərə görə, Ağstafa rayonu, Dağkəsəmən kəndində ümumi sahəsi 600 m² olan birmərtəbəli barak tipli yaşayış evinin yanar konstruksiyaları 350 m² sahədə yanıb. Evin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top