Ağstafada polis əməkdaşı bıçaqlanıb

Ağstafada bıçaqlanma olub. Rayon Polis Şöbəsinin əməliyyatçısı , 1994-cü il təvəllüdlü Nurlan Vəliyev ənsə nahiyəsinin və göz ətrafı nahiyənin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirlir. Məlumata görə, hadisə Qazax rayonu ərazisində yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb. Polis əməkdaşını bıçaqlayan şəxsin kimliyinin məlum olduğu bildirilir. Hazırda onun saxlanılması istiqamətində polis şöbəsində əməliyyat tədbirləri həyata keçirilir.Apa

DİGƏR XƏBƏRLƏR

Top