Şahdağ Milli Parkında baş vermiş yanğın söndürüldü

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələrinin köməyi ilə yanğının qarşısı tam alınıb.

ETSN-dən verilən xəbərdə qeyd olunur ki, yanğından sonra əraziyə baxış keçirilib. Hadisə zamanı 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğının başvermə səbəblərini müəyyən etmək üçün ETSN-in Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib.oxu.az

DİGƏR XƏBƏRLƏR

Top