"Barselona"nın futbolkasında oyunçuların soyadları yazılmayacaq

"Barselona"lı oyunçular avqustun 20-də keçiriləcək İspaniya çempionatının birinci turunun matçına terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq xüsusi futbolkada çıxacaqlar. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumata görə, kataloniyalılar ilk oyunda "Betis"lə qarşılaşacaqlar. "Barselona" futbolçuları bu görüşdə soyadların yazılmadığı maykada oynayacaqlar. Soyadın əvəzinə hər bir futbolçunun nömrəsinin üstündə Barcelona yazılacaq. Futbolkanın üzərində #TotsSomBarcelona (Biz hamımız Barselonayıq) heşteqi yerləşdiriləcək. Xatırladaq ki, avqustun 17-də Barselonanın Rambla bulvarında naməlum şəxsin idarə etdiyi mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində 14 nəfər həlak olub, 100-dən çox adam yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

DİGƏR XƏBƏRLƏR

Top