"Monako" Fransa çempionatında rekord müəyyənləşdirdi

"Monako" Fransa çempionatının üçüncü turu çərçivəsində "Mets"i 1-0 hesabı ilə məğlub edib. "Yeniavaz.com"un RBK-ya istinadən verdiyi məlumatına görə, bu, klubun ölkə çempionatında ardıcıl 15-ci qələbəsidir. Bununla da "Monako" Fransa çempionatında ardıcıl qələbələrin sayına görə rekord müəyyənləşdirib. Leonardo Jardimin komandası sonuncu dəfə 2017-ci ilin fevralında qalib gələ bilməyib. Həmin vaxt "Bastiya" ilə oyun 1:1 hesabı ilə başa çatıb.

DİGƏR XƏBƏRLƏR

Top