"İşçilərin cəmi 15%-nin aylıq məvacibi 500 manatdan yüksək olub"


"Rəsmi rəqəmlərdən aydın olur ki, 2016-cı ildə (noyabr ayı üzrə müayinələrin nəticəsinə əsasən) iqtisadiyyat üzrə əmək haqqı alanların 57,1%-nin maaşı 300 manatdan aşağı olub". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, rəsmi elan olunan maaşlara əsasən "median əmək haqqı" göstəricisini müəyən etsək, bu səviyyə 250 manatdan çox deyil: "Median əmək haqqı" göstəricisi bütün maaş alanların 1-ci 50%-lik hissəsi ilə 2-ci 50%-lik hissəsinin aldığı əmək haqqı məbləğinin kəsişdiyi nöqtədir. Halbuki rəsmi statistikaya görə, orta aylıq əmək haqqı 500 manat ətrafındadır - yəni 2 göstərici arasında fərq 2 dəfəyə yaxındır. İnkişaf etmiş ölkələrdə "median əmək haqqı" ilə "orta əmək haqqı" göstəricisi arasında fərq 25-30%-dən çox deyil. Bu fərq o ölkələrdə çox olur ki, yüksək və aşağı əmək haqqıları arasında kəskin fərq olur. Rəsmi statistikaya görə, 2016-cı ildə əmək haqqı cədvəlinə qol çəkərək maaş alan muzdlu işçilərin sayı 1 milyon 514 min nəfər olub ki, onlardan cəmi 15%-nin (227 min nəfər) aylıq məvacibi 500 manatdan yüksək olub".

DİGƏR XƏBƏRLƏR

Top