Atletlərimizin Unversiadada çıxış cədvəli məlumdur

Tayvanın paytaxtı Taypey şəhərində 19-30 avqust tarixlərində XXIX Ümumdünya Yay Universiadası keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) "Yeniavaz.com"a verilən məlumata görə, yarışda 52 ölkədən 300-ə yaxın ağır atlet iştirak edəcək. Azərbaycan ağır atletika yığmasının iki üzvü də onların arasındadır. Onlardan Məhəmməd Məmmədli 62 kq, Azər Məmmədli isə +105 kq çəki dərəcəsində körpücük üzərinə çıxacaq. Məhəmməd avqustun 20-si Bakı vaxtı ilə saat 15:00, Azər isə avqustun 25-i, saat 12:30-da yarışacaq.

DİGƏR XƏBƏRLƏR

Top