“Fənərbağça” “Milan”dan futbolçu aldı

“Fənərbağça” “Milan”dan ayrılması gözlənilən italiyalı müdafiəçi Qabriel Paletta ilə razılığa gəlib. “Yeniavaz.com”un “Karar” qəzetinə istinadən verdiyi məlumata görə, “Fənərbağça” 31 yaşlı futbolçunun transferini yekunlaşdırıb. Q. Palettanın “Milan”la müqaviləsi 2018-ci ilin iyununda başa çatır. O, yeni mövsümdə klubda əsas heyətə düşə bilməyəcəyinə görə “Milan”dan ayrılmaq istəyir. “Divar” ləqəbli futbolçu ötən mövsüm “Milan”ın heyətində 32 oyuna çıxaraq iki qol vurub və iki məhsuldar ötürmə verib. Karyerasında cəmi 10 qırmızı kart alan Q.Paletta bunun beşini ötən mövsüm görüb.

DİGƏR XƏBƏRLƏR

Top