Bu ilin ilk 5 ayının yekunlarına olan məlumata görə, Bakı şəhəri üzrə işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10 min 569 nəfər artaraq 696 min 574 nəfər olub. "Yeniavaz.com" xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Məlumata görə, 2017-ci ilin yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,4 faiz artaraq 774,1 manat olub. Ən yüksək əmək haqqını Səbail rayonunda işləyən işçilər alıb. Belə ki, 116 min 770 nəfərin işlədiyi Səbail rayonunda orta aylıq nominal əmək haqqı 1452 manat olub. Ən az əmək haqqı isə 45 min 943 nəfərin işlədiyi Binəqədi rayonunda verilir - 423,4 manat.
Bakı şəhərinin ayrı-ayrı rayonlarında işçilərin sayı və orta aylıq nominal əmək haqqının məbləği bu cür olub:
|
İşçilərin sayı (nəfərlə) |
Orta aylıq nominal əmək haqqı (manat) |
Bakı şəhəri - cəmi |
696 574 |
774,1 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
45 943 |
423,4 |
Xətai |
62 106 |
833,0 |
Xəzər |
28 959 |
628,0 |
Qaradağ |
25 164 |
956,4 |
Nərimanov |
67 635 |
495,8 |
Nəsimi |
151 203 |
619,7 |
Nizami |
42 191 |
645,3 |
Pirallahı |
7 672 |
1 390,0 |
Sabunçu |
26 676 |
481,9 |
Səbail |
116 770 |
1 452,0 |
Suraxanı |
19 592 |
575,1 |
Yasamal |
102 663 |
639,5 |