BP şirkətində çalışan 160 azərbaycanlı işini itirib

Bu ilin ilk yarısına olan məlumata görə, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub. Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat “BP-Azərbaycan” şirkətinin ilin 6 ayının yekunları üzrə hesabatında yer alıb. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə 6 azərbaycanlı vitse-prezident daxildir.

Məlumat üçün bildirək ki, “BP-Azərbaycan”ın ötən ilin ilk yarısı üçün açıqladığı hesabatda deyilirdi ki, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2903 nəfər olub. Bu isə o deməkdir ki, son bir ildə BP şirkətində işləyən 160 nəfər öz işini itirib.

Onu da bildirək ki, BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir.

DİGƏR XƏBƏRLƏR

Top