Ən çox bahalanan məhsulların adı açıqlandı RƏSMİ MƏLUMAT

Bu ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri iyun ayına nisbətən 1 faiz ucuzlaşsa da, bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,2 faiz bahalaşma qeydə alınıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dövürdə ən çox bahalanan ət məhsulları olub. Ət məhsullarının qiyməti bu ilin ilk 7 ayı ərzində ötən ilin ilk 7 ayına nisbətən 27,2% artıb. Ən az bahalanma isə siqaretin qiymətində qeydə alınıb. Son bir ildə siqaretin qiyməti cəmi 0,1% bahalanıb.

Digər məhsulların qiymətində qeydə alınan bahalanma belə olub:

Məhsullar

Qiymətlərdə artım

Çörək məmulatları və yarmalar

11,5 %

Ət məhsulları

27,2 %

Balıq məhsulları

12,3 %

Süd məhsulları, pendir və yumurta

10,7 %

Yağ və piylər

17,6 %

Meyvələr

19,4 %

Tərəvəzlər

20,3 %

Qənd, cem, bal, şokolad və konfetlər

16 %

Qəhvə, çay, kakao

16,1 %

Siqaret

0,1 %

DİGƏR XƏBƏRLƏR

Top