Bu ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq iş saatlarının miqdarı 150 saat təşkil edib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ən çox iş saatı ticarət sektorunda qeydə alınıb. Ticarət sektorunda çalışan işçilərin orta aylıq iş saatı 157,5 saata bərabər olub. Ən az işləyənlər isə təhsil sektorunda çalışanlar olub. Təhsil sahəsində fəaliyyət göstərənlərin orta aylıq iş saatı 145,3 saat təşkil edib.
Digər sahələrdə orta aylıq iş saatı belə olub:
İqtisadi fəaliyyət növləri |
İş saatlarının miqdarı (saat) |
Kənd təsərrüfatı |
147,5 |
Mədənçıxarma sənayesi |
150,6 |
Emal sənayesi |
147,3 |
Tikinti |
149,5 |
Ticarət |
157,5 |
Turizm |
154 |
İnformasiya və rabitə |
151,8 |
Maliyyə və sığorta |
149,5 |
Daşınmaz əmlak |
149,4 |
Peşə, elmi və texniki |
150,6 |
İnzibati və yardımçı xidmətlərin göstərilməsi |
148,7 |
Dövlət idarəetməsi və müdafiə; sosial təminat |
153,3 |
Təhsil |
145,3 |
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi |
147,8 |