İllər sonra üzə çıxdı - Bu səhnədə elə bir səhv etdilər ki... FOTOLAR

Sevə-sevə izlədiyimiz türk filmlərində çəkiliş zamanı buraxılan səhvlərin çoxu diqqətimizi çəkmir. Hətta dəfələrlə izləsək də, bu səhvləri görə bilmirik. "Yeniavaz.com" saytı Türkiyə KİV-nə istinadən illər öncə çəkilən türk filmlərinin bir çoxunda buraxılan səhvlərin bəzilərini təqdim edir.

1. Kamal Sunalın baş rolda çəkildiyi "3 fırıldaqçı" filmində səhnələr arasında xanımın geyimi qəfildən dəyişir. Qəribədir ki, rejissorun bu səhvi illərlə heç kimin diqqətini çəkməyib...

2. "Hababam sinifi tətildə" filminin bir kadrında lövhənin üzərində - sağ tərəfdə tarix və saat yazılır, amma növbəti kadrda həmin yazı yoxa çıxır...

3. "Yedi bəla Hüsnü" filmində Hüsnü yemək üçün quru lobya sifariş verir. Ancaq yeməyi bəyənməyən Hüsnü bir anda stolları dağıtmağa başlayır. Filmdəki səhv isə ondan ibarətdir ki, quru lobya gətiriləndə dolu olan boşqab növbəti kadrda boş görünür...

4. Baş rolda Türkan Şorayın çəkildiyi "Bir dağ nağılı" filminin kadrında maşında uşaqların olduğu görünür, növbəti kadrda isə uşaqlar yoxa çıxır...

5. Bu filmdə isə rejissor kadra düşür və kimsə bu xətanın fərqinə varmır...

6. "Yeşilçam" filmində ssenariyə görə, Səfəroğulları Şabanı öncədən heç görməyiblər.

Film həm də bu sujet üzərində qurulub.

Lakin filmin əvvəlində yer alan dava səhnəsində Şaban Səfəroğulları tərəfindən belə görülmüşdü. Nədənsə rejissor bu məqamı unudub...

Hazırladı: Nicat

DİGƏR XƏBƏRLƏR

Top