Qırğızıstan prezidenti: Türk liseylərində çalışan müəllimlərə terrorist deyən müalicə almalıdır VİDEO

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsində fəaliyyət göstərən SAPAT türk təhsil müəssisəsinin müəllimlərinə terrorist deyənlərə həkimə getmələrini məsləhət görüb.

“Yeniavaz.com” Türkiyənin “haberdar.com” saytına istinadən xəbər verir ki, SAPAT təhsil müəssisəsinin bağlanılması üçün Türkiyə hökuməti Qırğızıstan prezidentinə müraciət edib. A. Atambayev isə bu müraciətə müsbət cavab verməyib.

Məsələ ilə bağlı danışan Atambayev bildirib ki, Türkiyə hökumətinin onlarla münasibətinin yaxşı olmamasının səbəbi budur: “Onların bizə qarşı əsəbi bu məktəblərlə əlaqəlidir. Bilindiyi kimi, bu məktəblərin 35%-i dövlətin nəzarətindədi. Bundan əlavə bu qurumun adı da dəyişildi. Bu məktəblər bizim fəxrimizdi. Əvvəl də demişəm yenə deyirəm: bu məktəblər bağlanmayacaq. Əksinə məktəblərin sayını artıracağıq. Keyfiyyətli təhsil müəssisələrinin sayı artmalıdır”.

A.Atambayev Fətullah Güləni tanımadığını bildirib: “Onunla heç vaxt görüşməmişəm. Qırğızıstandakı türk məktəblərində işləyən müəllimlərin 90-95%-i qırğızlardı. Məlumdur ki, F.Güləni sevən bu müəllimlərdir. Bu müəllimlərin terrorist olduğunu deyənlər müalicə almalıdırlar”.

İssık Kul bölgəsinin Çolpan-Ata şəhərində mətbuat konfransı təşkil edən A.Atambayev, Qırğızıstanın sabiq baş müftüsü Çubak Calilovun, ABŞ-da Fətullah Gülənlə görüşməsinə də münasibət bildirdi. Bu görüşün onun tələbi ilə olmadığını deyən Atambayev bildirdi ki, istəyən Ərdoğanla, istəyən də F.Gülənlə görüşsün, hər kəs özü qərar verməlidir.

video

DİGƏR XƏBƏRLƏR

Top