145 uşağı olan ata çoxarvadlılıqda günahkar bilindi

Kanadanın Britaniya Kolumbiyası vilayətinin Ali Məhkəməsi Uinston Blekmoru və onun keçmiş kürəkəni Ceyms Oleni çoxarvadlılıqda günahkar bilib. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hazırda 61 yaşı olan U. Blekmor 1994-2014-cü illər ərzində 24 qadınla evlənib və onun 145 uşağı var.

53 yaşlı C. Ölənin isə beş arvadı var. Onları beş il müddətinədək həbs cəzası gözləyir. Məhkəmə cəza tədbirini daha sonra açıqlayacaq. Təqsirləndirlilənlər daha əvvəl kilsədə yepiskop olublar.

DİGƏR XƏBƏRLƏR

Top