BƏƏ-də erməni rejissorunu həbs gözləyir

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) pilotsuz uçuş aparatından istifadə etməklə qanunsuz çəkiliş aparan erməni əsillli Rusiya rejissoru Arik Manukyan məhkəməyə çıxarılacaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, A. Manukyan bildirib ki, hazırda Rusiyanın Əbu Dabidəki səfirliyi ona kömək göstərir. A.Manukyan iki ay əvvəl Şeyx Zayed məscidi yaxınlığında toy videosu çəkdiyi Əbu Dabidə saxlanılıb. Çəkiliş ölkənin rəsmi qurumları ilə razılaşdırılmayıb. Rejissor saxlandıqdan sonra təxminən beş gün cinayət axtarış şöbəsində qalıb, ardından bir o qədər ilkin həbs kamerasında vaxt keçirib. Səfirlik vəziyyəti həll etmək üçün səy göstərdikdən sonra A. Manukyan azad edilib və hazırda ölkədə kənara çıxmamaq iltizamı ilə qalır. Rejissor əlavə edib ki, vəziyyət aydın deyil: “Məhkəməni gözləyirik, səfirlik kömək edir, lakin heç nə edə bilmir”. A. Manukyanı cərimə və ya həbs cəzası gözləyir. Hazırda onun işi Milli təhlükəsizlik məsələləri üzrə prokurorluqdadIr. Bu iş üzrə məhkəmə iclasının tarixi məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top