Maliki: Putin Yaxın Şərq regionunun xəritəsinin dəyişməsinə imkan vermədi

Rusiya Yaxın Şərq regionunun parçalanmaması üçün xüsusən Suriya və İraqda böyük töhfə verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İraqın vitse-prezidenti Nuri əl-Maliki Kremldə Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə deyib. O bildirib: “Biz sizə səmimi qəlbdən təşəkkür edirik. Əgər sizin rolunuz olmasaydı, regionun xəritəsi bizim üçün mənfi məcrada dəyişərdi”. İraqın vitse-prezidenti qeyd edib ki, Yaxın Şərqdə terrorçuluqla mübarizədə əldə olunmuş uğurlara baxmayaraq, regionda terror aktivliyinin bərpa olunması riski var. N. əl-Maliki diqqətə çatdırıb ki, İraqdakı siyasi sistem terrorçuluq üçün zəmin olaraq qalmağa davam edir: “Bu sistemdə hakimiyyətin bölüşdürülməsi dini və milli mənsubiyyətə görə aparılır. Əgər hakimiyyətin dini-milli kvota əsasında bölüşdürülməsi prinsipi qorunmağa davam edərsə, bu, terror fəallığının yeni raundu ilə nəticələnəcək. Buna görə də hazırda layihəmiz var və istərdik ki, maraqlı olan hər kəs burada yardım etsin. Layihə demokratiya prinsiplərinə qayıdışı və hakimiyyətin siyasi çoxluğa verilməsini nəzərdə tutur”.

DİGƏR XƏBƏRLƏR

Top