Tramp Ukraynanını ittiham etdi

ABŞ Prezidenti Donald Tramp seçki kampaniyasında Demokratik Partiyanın namizədi Hillari Klintonun dəstəklənməsi ilə bağlı Ukraynanın fəaliyyətinə qarşı araşdırma aparılmasının başlanılmasına çağırıb.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp “Twitter” səhifəsində yazıb.

O bildirib: “Ukraynanın Trampın kampaniyasını sabotaj etmək cəhdləri – Klintonun irəliləməsi üçün sakit iş. Bəs Baş Prokurorluğun araşdırması haradadır?”.

Xatırladaq ki, Ağ ev daha əvvəl Kiyevi 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etməkdə ittiham edib. Ağ evin mətbuat katibi Sara Sanders deyib ki, Demokratik Partiyanın Milli Komitəsi rəqiblərinə qarşı kompromat tapmaq cəhdi ilə Ukrayna səfirliyi ilə faktiki əməkdaşlıq edib və bütün bunlar sənədləşdirilib. Ukrayna səfirliyi ittihamları təkzib edərək bəyan edib ki, Kiyev seçkiqabağı yarışda heç bir tərəfin yanında olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top