Ağdaş şəhəri abadlaşır

Son vaxtlar Ağdaş şəhərinin abadlaşdırılmasına diqqət artılıb. "Yeniavaz.com" xəbər verir ki, Rayon İcra Hakimiyyətinin şəhər icra nümayəndəliyində bu məqsədlə tədbirlər planı da hazırlanıb. Abadlıq işləri-köhnə binaların bərpası, yaşıllığa qulluq edilməsi, küçələrin genişləndirilməsi, kol-kosdan təmizlənməsi, zibillərin daşınması mütəşəkkil həyata keçirilir. Yaxşı haldır ki, mərkəzi küçələrlə yanaşı, kənar küçələrin abadlaşdırılmasına da diqqət mərkəzindədir.

Rayon İcra Hakimiyyətinin şəhər nümayəndəliyi əhalinin təkliflərinə, şikayətlərinə həssaslıqla yanaşır. Salih Salihov küçəsinin sakinlərinin müraciəti də bu baxımdan müsbət həllini tapıb. Abadlıq, təmizlik işlərinin görülməsində şəhər əhalisi təmizlik işlərinin görülməsində fəhlələrdən Gündüz Hacıyevin, Ehtiram Süleymanovun, Oruc Cəfərovun,Ruzi Fərmanlarının, Firuz Qurbanovun zəhmətindən razılıq edirlər.

Rafiq Rəhimov, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top