Oğuzda həmyerlisini güllələyən şəxs saxlanılıb

Oğuz rayonunda öz həmyerlisini tüfənglə vuraraq öldürmək istəyən şəxs saxlanılıb. İyulun 24-də Oğuz rayon Yaqublu kəndində Laçın rayonundan məcburi köçkün 1973-cü il təvəllüdlü Laçın Yaqub oğlu İsayev silahlı insident nəticəsində ağır güllə yarası alıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya aparılıb, qolundan və döş qəfəsindən güllə yarası alan L.İsayev həkimlər tərəfindən əməliyyat edilib və reanimasiya şöbəsinə yerləşdirilib. Oğuz rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Laçın rayon Corman kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Saday oğlu Namazov tərəfindən törədildiyi məlum olub və o, saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120 (öldürməyə cəhd) maadəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.Report

DİGƏR XƏBƏRLƏR

Top