Yol polisi Mingəçevirdə reyd keçirib-FOTOLAR

Mingəçevir Dövlət Yol Polisi Bölməsi reyd keçirib. "Yeniavaz.com"un məlumatına görə, reyd zamanı avtomobillərin konstruksiyasında dəyişiklik edərək idarə etdikləri maşınlarını fərqli formaya salan, bundan başqa görməni məhdudlaşdıran kustar üsulla hazırlanan pərdədən istifadə edən, o cümlədən yol hərəkəti qaydaları kobud şəkildə pozan sürücülər saxlanılıb. Onlara inzibati protokol tərtib olunub.

Sürücülük hüququ olmayan, sənədləri yerində olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin cərmələrini ödəməyən sürücülər də aşkarlanıb.

Reyddə qanunu pozan sürücülərlə Dövlət Yol Polisi əməkdaşları arasında mübahisələr də yaranıb. Hətda bəzi sürücülər polisin saxla əmrinə məhəl qoymayaraq yollarını dəyişərək şəhərin müxtəlif küçələrində reyddən yayınmağa çalışıblar.

Mingəçevir Polis şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov bildirib ki, 3 saat ərzində şəhərin müxtəlif ərazilərində keçirilən reyddə 8 sürücüyə qarşı protokolar tərtib olunub: "Əksəriyyət sürücülər nəqliyyat vasitələrinə əlavə avadanlıqlar quraşdırıblar. Tərəfimizdən belə sürücülərə qarşı davamlı reydlər keçiriliəcək".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top