Ramil Şeydayev erməni futbolçu ilə eyni komandada

Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin də oynadığı Slovakiyanın “Jilina” futbol klubu öz sıralarını erməni Vahan Biçaxçyanla genişləndirir. Klub rəhbərliyi erməni futbolçunun oyununu bir müddət izlədikdən sonra belə qərar verib. Futbolçunun alınması yaxın iki gün ərzində rəsmiləşəcək. “Şirak” klubunun və Ermənistan yığmasının 18 yaşlı yarımmüdafiəçisi Rusiyanın “Zenit” klubunun, “MOİK”-in, həmçinin İtaliyanın “Fiorentina” klubunun da diqqətini çəkib. Biçaxçyanı Türkiyənin “Qalatasaray” klubunun da transfer etmək niyyətində olduğu açıqlanmışdı, lakin sonradan guya erməni oyunçunun bundan imtina etdiyi bildirilmişdi. Ramil Şeydayev “Jilina” klubuna ötən ilin qışından gəlib və Slovakiya çempionunun tərkibində icarə əsasında oynayır. Azərbaycan yığmasının 21 yaşlı üzvü Türkiyənin “Trabzonspor” klubunun oyunçusudur.Virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top