İraq Rusiyadan kömək istədi

Rəsmi Bağdad ölkədə Rusiyanın hərbi və siyasi iştirakını görmək istəyir. RİA Novosti-nin məlumatına görə, bu barədə bazar ertəsi, iyulun 24-də, İraqın vitse-prezidenti Nuri əl-Maliki Rusiyada danışıqlar zamanı bildirib. “Bununla da, regionun ölkələri və xalqlarına xidmət edəcək lazımı balans yaranacaq”, - əl-Maliki deyib. Siyasətçi qeyd edib ki, Rusiyanın İraqla tarixi möhkəm münasibətləri var. O həmçinin əlavə edib ki, rəsmi Bağdad Moskva ilə, siyasət, hərb, energetika və ticarət sahələrində əlaqələri gücləndirmək niyyətindədir.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top