Moskvada pensiyaçının evindən 1000 manat və 50 milyard dollar oğurlandı

Moskvada pensiyaçının mənzilindən zərgərlik məmulatları və pul vəsaitləri oğurlanıb. “Yeniavaz.com”un “Vesti.ru” saytına istinadən verdiyi məlumata görə, qarətçi 68 yaşlı qadının mənzilinə pəncərədən daxil olaraq onun 137 min rubl dəyərində zərgərlik məmulatlarını oğurlayıb. Cinayətkar, həmçinin pensiyaçının 100 ABŞ dollarını, 1000 Azərbaycan manatını, eləcə də heç bir dəyəri olmayan 50 milyard Zimbabve dollarını götürüb. Polis oğrunu tuta bilib. O, 51 yaşlı Abxaziya sakinidir. Ona qarşı oğurluq maddəsi üzrə cinayət işi qaldırılıb. Qeyd edək ki, Zimbabve dolları 2009-cu ilədək Zimbabvenin rəsmi pul vahidi olub. Lakin hiperinflyasiya ilə əlaqədar ləğv olunub. Hazırda ölkədə pul kütləsi qismində digər ölkələrin valyutalarından istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top