Daxili İşlər Nazirliyinin 20 əməkdaşı kök olduqlarına görə işdən çıxarıldı-Tacikistanda

Tacikistan Daxili İşlər Nazirliyinin (DİN) 20 əməkdaşı artıq çəki probleminə görə işlərindən azad olunublar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Tacikistanın daxili işlər naziri Rəhimzoda Hamro deyib. Onun sözlərinə görə, özlərini müvafiq görünüşə salan yeddi əməkdaş isə yeni təyinat alıb. Qeyd edilir ki, ölkədə DİN-in kökəlmiş əməkdaşlarına qarşı mübarizə başlayıb. Nazir bildirib ki, müəyyən normalar var və onlar əməl etmək lazımdır, milisin müvafiq görünüşü olmalıdır: “Son yarım il ərzində milis orqanlarında 20 nəfər işini itirib. Bunlar qısa müddət ərzində artıq çəkidən xilas ola bilməyənlərdir”. Xüsusi komissiya nazirin göstərişinin icrasına nəzarət edir. Tələblər sərtdir. Belə ki, 170 santimetr boyu olan milis əməkdaşının çəkisi 75 kiloqramdan artıq olmamalıdır. İndi bütün qanun keşikçiləri formada olmaq üçün müntəzəm idman edirlər. Onlar həftədə üç dəfə 5 kilometr məsafəyə qaçırlar və idman zallarında məşq edirlər.

DİGƏR XƏBƏRLƏR

Top