Suriya hökumət qoşunlarının nəzarətindəki ərazilərin sahəsi 4 dəfə artıb

Suriyada təhlükəsizlik zonalarının yaradılması hökumət qoşunlarına terrorçularla mübarizə üçün əlavə qüvvələr cəlb etməyə imkan verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi general-polkovnik Sergey Rudskoy deyib. Onun sözlərinə görə, Suriya ərazisində atəşkəs rejiminin tətbiqi və təhlükəsizlik zonalarının yaradılması hökumət qoşunlarına qüvvələrin bir hissəsini çıxartmağa və Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyilə terror qruplaşmaları ilə mübarizədə əhəmiyyətli uğurlar qazanmağa kömək edib”. S. Rudskoy qeyd edib ki, Suriya qoşunları son aylarda nəzarət etdiklərin ərazinin sahəsini təxminən iki dəfə genişləndirib: “Təkcə son iki ayda terrorçulardan təqribən 20 min kvadratkilometr ərazi təmizlənib, bu, azad edilmiş bütün ərazilərin 40 faizi deməkdir. Rusiya Silahlı Qüvvələri 2015-ci ilin sentyabrında Suriyada hərbi əməliyyatlara başlayanda hökumət qoşunları ölkənin 19 min kvadratkilometrdən çox sahəsinə nəzarət edirdilər. Hazırda Suriya ordusu təxminən 4 dəfə böyük sahəyə nəzarət edir – 74,2 min kvadratkilometr”.

DİGƏR XƏBƏRLƏR

Top