Uzun müddət avtomobil sürənləri gözləyən təhlükə

Hər gün avtomobili iki saatdan çox sürmək və ya televizora üç saatdan çox baxmaq intellekt əmsalını (IQ) azaldır. "Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Lester Universitinin həkimi Kişan Bakraniyanın araşdırmasında deyilir. Alimlər belə qənaətə gəliblər ki, davamlı avtomobil idarə edərkən və ya uzun müddət televizor qarşısında oturanda insan beyninin fəallığı azalır və bu da IQ-ya mənfi təsir göstərir. Araşdırmaçılar bu qənaətə beş il ərzində 37-73 arasında olan yarım milyon britaniyalının həyat tərzini təhlil etdikdən sonra gəliblər. Mütəxəssislərin çalışması azhərəkətli həyat tərzi və intellekt əmsalı arasında əlaqənin öyrənilməsinə həsr olunub. Ekspertlər IQ səviyyəsinin qorunması üçün fəal fiziki hərəkətlə məşğul olmağı, şahmat və kompüter oyunları kimi intellektual məşğələlərə diqqət ayırmağı məsləhət görürlər.

DİGƏR XƏBƏRLƏR

Top