Bu aviaşirkətin təyyarəsinin göyərtəsində siqaret çəksəniz xeyli pulunuz gedəcək

Rusiyanın "Pobeda" aviaşirkəti təyyarənin göyərtəsində siqaret çəkən sərnişinlərə qarşı tədbirləri sərtləşdirir.

"Yeniavaz.com"un "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə təyyarənin göyərtəsində siqaret çəkən tapılarsa, o, yaxınlıqdakı aeroportda təyyarədən endiriləcək. Polis əməkdaşları qaydanı pozan sərnişini reysdən çıxaracaqlar.

Bundan başqa, həmin sərnişin aviaşirkətin müvafiq hadisəyə görə çəkdiyi xərci ödəməli olacaq. Söhbət yanacaq, aeroportda reysə xidmət göstərilməsi, təyyarənin heyət üzvünün iş vaxtı, reysin digər sərnişinlərinə kompensasiya, lizinq və digər xərclərdən gedir.

Bu barədə qərar təyyarənin göyərtəsində siqaret çəkənlərin sayının artması ilə əlaqədardır. Belə ki, "Pobeda" ilin əvvəlindən təqribən 30 sərnişini göyərtədə siqaret çəkərkən tutub.

DİGƏR XƏBƏRLƏR

Top