Rəsmi qərar: İran pul vahidini dəyişir

İranda Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında ölkənin pul vahidinin dəyişdirilərək rialdan tümənə keçilməsi barədə qərar verilib. “Yeniavaz.com”un “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, qərar İran parlamenti və sonra Konstitusiya Keçikçilər Şursı tərəfindən də təsdiqlənməlidir.

Bir tümən 10 riala bərabər olacaq. Tümən daha əvvəl də İranda rəsmi pul vahidi qismində istifadə olunub. İran pul vahidini dəyişməklə bank sistemində mövcud qarışıqlığı aradan qaldırmağı düşünür. Belə ki, bank və rəsmi sistemdə rial ölkənin rəsmi pulu kimi istifadə edildiyi halda, xalq gündəlik istifadədə puldan bir sıfırı ataraq tümən ifadəsini işlətməyə üstünlük verir.

DİGƏR XƏBƏRLƏR

Top