Səudiyyə Ərəbistanında “Əl-Cəzirə” telekanalına baxmaq mümkün oldu

Səudiyyə Ərəbistanında “Əl-Cəzirə” və “beIN Sports” telekanalları başda olmaqa Qətərə məxsus internet saytlarına giriş gecə yarısından etibarən bərpa olunub.

“Yeniavaz.com”un “Hürriyət” qəzetinə istinadən verdiyi məlumata görə, Qətər ilə bəzi ərəb ölkələri arasında baş verən böhrandan sonra yayımı dayandırılan “Əl-Cəzirə”, “beIN Sports” telakanallarına və Dohaya aid bağlanan digər internet saytlara girişin bərpa edilməsi ilə əlaqədar rəsmi məlumat verilmədi.

Səudiyyə Ərəbistanı daha əvvəl Qətərə təklif edilən 13 şərtdən biri olan “Əl-Cəzirə”nin bağlanlması ilə bağlı tələbini geri götürərək telekanalın açıq qalaraq bəzi yayım dəyişiklikləri etməsi zəruriliyinin olduğunu bəyan etmişdi. Ancaq Səudiyyə Krallığının divan üzvü Səud əl-Kahtani səhər saatlarında sosial şəbəkədəki şəxsi səhifəsində paylaşdığı açıqlamada “Əl-Cəzirə” və Qətərə aid digər saytlara girişin mümkünlüyünün texniki nasazlıqdan qaynaqlandığın bildirib. Onun sözlərinə görə, texniki nöqsan aradan qaldırıldıqdan sonra saytlara giriş təkrar bağlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top