Salvadorlu futbolçular matçda amerikalı oyunçuları dişlədilər

Futbol üzrə Salvador yığmasının iki futbolçusu ABŞ millisinin oyunçularını dişləyib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tərəflər iyulun 20-də Filadelfiyada KONKAKAF-ın Qızıl kubokunun 1/4 final mərhələsində qarşılaşıblar.

Oyun zamanı salvadorlular Henri Romero və Darvin Seren müvafiq olaraq amerikalılar Joze Altidoru və Omar Qonsalesi dişləyiblər.

H. Romero rəqib oyunçunu dişlədiyinə görə, altı rəsmi oyunu buraxacaq. D. Seren isə idmandan kənar hərəkətinə görə yalnız üç oyundan sonra yaşıl meydanlara dönə bilər.

Qeyd edək ki, matç 2:0 hesabı ilə amerikalıların qələbəsi ilə yekunlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top