İstirahətə gedən ailə qəzaya düşdü: 6 yaralı

Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb. Hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb. Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu “Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.

Baş vermiş hadisə nəticəsində xəsarət alanların iki nəfər azyaşlı uşaq Xaçmaz rayon xəstəxanasına göndərilib. Onlar 2014-cü il təvəllüdlü Şirəliyev Babək Elçin oğlu və 2015-ci il təvəllüdlü Şirəliyev Əli Elçin oğlu, Şirəliyev Babək Elçin oğluna çoxsaylı sınıq, qapalı kəllə-beyin travması və ənsə nahiyəsinin əziyi diaqnozu qoyulub. Onun kiçik qardaşı Şirəliyev Əli Elçin oğlunun isə bud sümüyü sınıb.

Onlar artıq yaşadıqları Bakı şəhərinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top