Neymar getmək istəyini şəxsən klub prezidentinə deyib

“Barselona”nın prezidenti Jozep Bartomeu PSJ-yə keçmək istəyən hücumçu Neymar ilə şəxsən görüşüb. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, J. Bartomeu və Neymar komandanın məşqindən sonra söhbətləşiblər. “Barselona”nın soyunub-geyinmə otağının yaxınlığındakı məkanda baş tutan söhbət təqribən 15 dəqiqə davam edib. Söhbətin ardından Neymar və klub prezidenti otaqdan üzlərində təbəssüm olmadan çıxıblar. Futbolçu J. Bartomeuya digər komandaya keçmək istəyini bildirib. O isə, öz növbəsində vəziyyəti səhmana salmaq üçün bir az vaxt istəyib. Tərəflərin görüşü ABŞ-ın Nyu-Cersi ştatında olub. “Barselona” mövsümə hazırda ABŞ-da hazırlaşır.

DİGƏR XƏBƏRLƏR

Top