Bu idman növünün adı dəyişdirildi

İdmanın sinxron üzgüçülük növünün adı dəyişdirilərək bədii üzgüçülük adlandırılıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Su İdmanı Növləri Federasiyasının (FINA) konqresi qərar verib. Səsvermə iyulun 22-də Budapeştdə baş tutub. Dəyişiklik FINA-nın konstitusiyasında düzəlişlərin təsdiqi çərçivəsində qəbul edilib. FINA-nın icraçı direktoru qərarı şərh edərkən bildirib ki, sinxron üzgüçülüyün inkişafına yeni təkan vermək, onun mətbuata daha yaxın olması və insanlar tərəfindən aydın başa düşülməsi üçün ad dəyişikliyinə gedilib. Beynəlxalq Olimpiya Komitəsi idmanın bu növünün inkişafı məqsədi ilə sinxron üzgüçülüyün adının dəyişdirilməsinə dair təşəbbüslə çıxış etmişdi. Qeyd edək ki, sinxron üzgüçülük 1984-cü ildən Yay Olimpiadasının proqramına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top