Bakıda imtahan keçirilən universitet binasında GÜCLÜ YANĞIN YENİLƏNİB

Bakıda Kooperasiya Universitetinin idman zalında baş vermiş yanğın söndürülüb.

Yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib. Həmin şəxslər Toksikologiya Mərkəzinə aparılıb.

Onlar - Aidə Seyfullayeva, Tərlan Mirzəyeva, Məlahət Məmmədova, Cəfər Quliyevdir.

Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb.

İkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanıb.

DİGƏR XƏBƏRLƏR

Top