Ekspert: "Azərbaycanda quraşdırılan modul məktəblər çox primitivdir"

Torpağın təyinatı hansı hallarda dəyişdirilə bilər?

Filippin Prezidenti oğlunu öldürəcəyinə dair vəd verdi

Cümə axşamı, 21 sentyabr 2017
TR EN RU

Menu

Cümə axşamı, 21 sentyabr 2017
EN TR RU

QƏRİBƏ DÜNYA

İlk sürücüsüz elektroavtobusun satışlarına başlanacaq – VİDEO

21.07.2017 18:50

Fransanın “NAVYA” şirkəti ilk sürücüsüz “ARMA” elektrik mikroavtobusu üçün sifarişlərin qəbuluna başlayıb. ICTnews xəbər verir ki, “lidar” optik ötürücüləri, hərəkət ötürücüləri, “GPS” naviqasiya sistemi və kameralarla təchiz edilən elektroavtobus yolda hərəkət edərək digər avtomobilləri, ağac və piyadalar üçün yol nişanlarını fərqləndirə bilir. Yeni nəqliyyat vasitəsinin sürəti aşağı olsa da, ondan taksi kimi istifadə etmək mümkündür. Məlumata görə, “ARMA” artıq Fransa Atom Elektrik Stansiyasının əməkdaşlarını bir dəfəyə 15 sərnişin olmaqla təyinat yerinə çatdırmağa başlayıb. Qeyd olunur ki, mikroavtobus dizellə işləyən digər analoqlarından daha qənaətcildir. Çünki elektroavtobusa texniki xidmət üçün az vəsait tələb olunur, həmçinin elektrik enerjisi benzin və ya solyar yağından ucuzdur, işə sürücü götürməyə isə ehtiyac yoxdur. Elektroavtobusun qiyməti açıqlanmasa da, nəqliyyat vasitəsinin təkcə AES əməkdaşları üçün deyil, hamıya gərəkli olacağı bildirilir. Şirkətin məlumatına görə, yaxın vaxtlarda yığılmasına başlanılacaq avtobusların tədarükləri bu ilin üçüncü rübünə planlaşdırılır.Avtosfer.az

Oxundu 386

© 2017 - NSPSOLUTIONS