"Qarabağ" - "Şerif" matçının vaxtı açıqlandı

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Şerif" (Moldova) matçının başlama vaxtı müəyyənləşib. Ağdam klubunun rəsmi facebook səhifəsinin yaydığı xəbərə görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun iyulun 25-i saat 21:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Moldovada olacaq. Qeyd edək ki, "Qarabağ" ikinci təsnifat mərhələsində "Samtredia"nı (Gürcüstan) mübarizədən kənarlaşdırıb. "Şerif" isə Albaniya "Kukesi"si ilə dueldən qalib ayrılıb.

DİGƏR XƏBƏRLƏR

Top