Arda döyüldüyü üçün Türkiyə Millisindən ayrılıb İDDİA

“Barselona”nın yarımmüdafiəçisi Arda Turanla bağlı daha bir şok iddia ortaya atılıb.

30 yaşlı futbolçunun Türkiyə millisindən imtinasının əsl səbəbi ortaya çıxıb.

Belə ki, Ardanın iyunun 6-da jurnalist Bilal Meşe ilə təyyarədəki sərt mübahisəsindən bir gün sonra istefa verən Türkiyə Futbol Federasiyasının (TFF) sabiq rəsmisi Yaşar Aşçıoğlu problemin kökündən danışıb.

O, yerli mətbuata açıqlamasında Qətər yığması ilə yoldaşlıq görüşündən əvvəl Ardanın döyüldüyünü söyləyib. Aşçıoğlunun sözlərinə görə, sabiq kapitana xəsarət yetirən şəxs TFF prezidenti Yıldırım Dəmirörənin dostu olub.

Keçmiş federasiya nümayəndəsi Ardanın millidən getməsinin əsas səbəbinin də məhz bu olduğunu bildirib: “Problemin kökü Qətərə gedib çıxır. Yıldırım Dəmirörənin Kərəm adlı qonağı var idi. Federasiya prezidentinin dəvəti ilə Qətərə gedən Kərəm bəy hoteldə Arda ilə yumruqlaşıb, futbolçunu döyüb. Türkiyəyə qayıdarkən hərəkətindən peşman olan həmin şəxs başqa təyyarə ilə dönmək qərarına gəlib. Lakin Dəmirörən dostunu israrla yığmanın olduğu təyyarəyə mindirib. Bilal Meşe də bunun güdazına getdi”.

Qeyd edək ki, jurnalistlə yaşanan qalmaqaldan sonra Arda Turan milli karyerasını bitirdiyini açıqlamışdı. apasport.az

DİGƏR XƏBƏRLƏR

Top