Dünyada ən çox addımlayan insanların yaşadığı 10 ölkə

Stenford Universitetinin mütəxəssisləri smartfon üçün tətbiqlərin köməkliyi ilə müxtəlif dövlətlərin fiziki aktivliyini araşdırıblar. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, araşdırmanın müəllifləri hesab edirlər ki, onların gəldiyi nəticələr artıq çəki problemi ilə mübarizəyə kömək edəcək. Araşdırmaçılar istifadəçilərin fiziki fəallığını izləyən “Azumio Argus” fitnes-tətbiqinin məlumatlarından yararlanıblar. 111 ölkədən olan 717,5 min insan barəsində məlumat təhlil edilib. Həmin insanlar 95 gün ərzində izlənilib. Tətbiq istifadəçinin anonimliyini qoruyub, lakin yaş, boy, cins və çəki haqqında məlumatları verməyi tələb edib.

Araşdırılan ölkələrdə insanlar orta hesabla hər gün 4 961 addım atıb. Dünyada gün ərzində ən çox addımlayan insanların olduğu 10 ölkənin siyahısı:

  1. Honq-Konq – orta hesabla gündə 6 880 addım
  2. Çin – 6 189
  3. Ukrayna - 6 107
  4. Yaponiya – 6010
  5. Rusiya – 5969
  6. İspaniya – 5 936
  7. İsveç – 5 863
  8. Cənubi Koreya – 5 755
  9. Sinqapur – 5 674
  10. İsveçrə - 5 512

Gün ərzində orta hesabla ən az addımlayan insanlar isə İndoneziya (3513), Səudiyyə Ərəbistanı (3807), Malayziya (3963), Filippin (4008) və Cənubi Afrika Respublikasında (4105) qalırlar.

DİGƏR XƏBƏRLƏR

Top