"Benzinin hər tonunda 245.8 manat əlavə qazanc əldə edəcəklər"


"Tarif Şurasının qərarından aydın olur ki, bu qərarla dəyişən təkcə A-92 benzinin qiyməti deyil". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, Neft Şirkətinin şirkətdaxili topdansatış qiymətindən dövlət büdcəsinə ödədiyi aksizin dərəcəsi 67%-dən 42%-ə endirilib: "Nəticədə əgər əvvəl SOCAR hər ton üçün 267.7 manat aksiz ödəyirdisə, indən sonra 260 manat ödəyəcək. Şirkətdaxili tarif hər ton üçün 411.91 manatdan 619.36 manata yüksəlib. Topdansatış qiymət hər ton üçün 817 manatdan 1052.8 manata yüksəlib. Yəni hər ton topdansatış qiymətdən 235.8 manat, aksizlərdən isə 7 manat - ümumilikdə 245.8 manat əlavə qazanc əldə edəcək.
Pərakəndə satış isə əvvəl hər tondan 100 manat qazanırdı, indi 126 manat qazanacaq

DİGƏR XƏBƏRLƏR

Top