Dünyanın ən uzun dişi çıxarıldı - FOTO

Dişi çıxarılan hindistanlı tələbə Ginnesin Rekordlar Kitabına düşüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, həkimlər tələbənin çıxarılmış dişini dünyada ən uzun diş adlandırıblar. Həkimlər 18 yaşlı Urvil Patelin uzunluğu 3,67 santimetr olan dişini çıxarıblar. Bu, əvvəlki rekorddan təxminən 2 dəfə böyükdür. Fakt Ginnesin Rekordlar Kitabı tərəfindən qəbul edilib. Diş fevralda çıxarılsa da, yalnız bu həftə rekord kimi tanınıb.

DİGƏR XƏBƏRLƏR

Top