Futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşk nəticəsində "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib. Ağdam komandası Gürcüstan "Samtredia"sını üstələsə, "Şerif" (Moldova) - "Kukesi" (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. II təsnifat mərhələsinin ilk görüşlərində "Qarabağ" rəqibini 5:0, "Şerif" isə "Kukesi"ni 1:0 hesabı ilə yenib. report
Püşkatmanın nəticələri:
Çempionlar Yolu
"Slaviya" (Praqa, Çexiya) - BATE (Borisov, Belarus) / "Alaşkert" (Ermənistan) cütünün qalibi
"Spartak" (Yurmala, Latviya) / "Astana" (Qazaxıstan) - “Mariehamn” (Finlandiya) / “Legiya” (Polşa)
“Zrinski” (Bosniya və Herseqovina) / “Maribor” (Sloveniya) - “Hafnarfyordur” (İslandiya) / “Vikinqur” (Farer adaları)
“Jilina” (Slovakiya) / “Kopenhagen” (Danimarka) - “Malmö” (İsveç) / “Vardar” (Makedoniya)
“Linfild” (Şimali İrlandiya) / “Seltik” (Şotlandiya) - “Dandalk” (İrlandiya) / “Rusenborq” (Norveç)
"Hapoel" (Beer-Şeva, İsrail) / "Honved" (Macarıstan) - “Jalgiris” (Litva) / “Lüdoqorets” (Bolqarıstan)
"Viitorul" (Rumıniya) - APOEL (Kipr) / “Dudelanj” (Lüksemburq)
“Hibernians” (Malta) / “Zalsburq” (Avstriya) - “Riyeka” (Xorvatiya) / TNS (Uels)
"Qarabağ" (Azərbaycan) / "Samtredia" (Gürcüstan) - "Şerif" (Rumıniya) / "Kukesi" (Albaniya)
“Partizan” (Serbiya) / “Buduçnost” (Monteneqro) - “Olimpiakos” (Yunanıstan)
Qeyri-çempionlar Yolu
“Styaua” (Buxarest, Rumıniya) - “Viktoriya” (Plzen, Çexiya)
“Dinamo” (Kiyev, Ukrayna) - “Yanq Boyz” (İsveçrə)
“Nitsa” (Fransa) - “Ayaks” (Hollandiya)
AEK (Yunanıstan) - MOİK (Rusiya)
“Brügge” (Belçika) - “Başakşehir” (Türkiyə)
İlk oyunlar 25-26 iyulda, cavab görüşləri 1-2 avqustda keçiriləcək.