Mevlüt Erdinc "Başakşehir" klubuna keçib

Türkiyənin "Başakşehir" klubu milli komandanın futbolçusu Mevlüt Erdinci heyətinə qatıb. Klubun rəsmi saytının məlumatına görə, 30 yaşlı cinah yarımmüdafiəçisi ilə 3 illik müqavilə bağlanılıb. Hazırda Mevlütün transfer hüququ Almaniya "Hannover"inə məxsusdur. O, ötən mövsümü icarə əsasında Fransa "Mets"ində keçirib. Erdinç "Sent-Etyen"in heyətində çıxış etdiyi vaxt Avropa Liqasının qrup mərhələsinin ilk tur qarşılaşmasında Bakıda "Qarabağ"a qarşı forma geyinib. O, 2008-ci ildən dəvət aldığı Türkiyə yığmasında 35 oyuna 8 qol vurub. Qeyd edək ki, "Başakşehirspor" ötən Türkiyə Super Liqasını 2-ci pillədə başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top